Kambocanın paytaxtı Pnompendə siqaretə taxta ovuntusu qatıldığı üçün hərbi polis tənbəki fabrikini bağlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, lisenziyasız fəaliyət göstərən fabrik cari ilin fevral ayında açıq-aşkar Çin və tanınmış brend siqaretlər istehsal edirmiş.
Bildirilib ki, fabrik rayon rəhbərliyinin polisə şikayəti əsasında bağlanıb.
Yoxlama nəticəsində fabrik möhürlənib, əmlak müsadirə olunub, müəssisənin sahibi tutulub.


Şərhlər