Menu

Ruslar ölən hərbçilərini basdırmaq üçün ərazi istəyir

02.09.2014, 11:13
Ruslar ölən hərbçilərini basdırmaq üçün ərazi istəyir

Luqansk vilayətinin Krasnıy Luç şəhərində Rusiya ordusunun rəsmiləri yerli orqanlardan həlak olanların dəfn edilməsi üçün ərazi tələb ediblər.

Axar.az xəbər verir ki, bu barədə İnformasiya Müqaviməti təşkilatının rəhbəri Dmitri Tımçuk məlumat verib.

“Bizdə olan məlumata görə, söhbət həlak olan rus hərbçilərindən gedir”, - Tımçuk bildirib.

Onun sözlərinə görə, Donbasda vəziyyət kritik olaraq qalır. Rus hərbçiləri və separatçılar Rusiyadan gələn hərbi yardım sayəsində yeni hücum əməliyyatları həyata keçirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol