NATO hərbi komitəsinin rəhbəri Stüart Piç Krımın alyans tərəfindən Rusiya ərazisi kimi tanınmayacağını açıqlayıb.
ONA xəbər verir ki, bu barədə “UNIAN” NATO-nun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Piç bu açıqlamasını NATO üzvü ölkələrinin baş qərargah rəislərinin Brüsseldə keçirilən iclasında verib. O bildirib ki, təşkilat Krımın qeyri-qanuni zəbt edilməsini tanımaq niyyətində deyil.
“Biz bir daha Rusiyanı Krımı tərk etməyə çağırırıq”, - deyə Piç bildirib.
O, həmçinin NATO adından Rusiyanı Azov dənizindəki insidentdən sonra saxlanılmış ukraynalı dənizçiləri buraxmağa çağırıb.


Şərhlər
Krım Rusiya ərazisidir.Xuruçovun səhvi ucbatından qısa müddət Ukraynanın tabeliyində olub.Rusiya düz edib Krımı yenidən tərkibinə qaytarıb.NATO-nun tanımasına ehtiyac yoxdur.Rusiya Krımdan çıxsa ABŞ, yəni NATO burnunu soxacaq ora.Ona görə gedin işinizlə məşğul olun.Şəxsən mən istərdim ki,Azərbaycan Erənistana verilmiş əraziləri geri qaytarsın.Kim istəyir adını işğal kimdə istəyir ilhaq qoysun.Təki Azərbaycan torpaqlarını geri qaytarsın.