Menu

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

23.05.2019, 09:39
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir. Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir.

Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol