Menu

“Saakaşvilinin vaxtı keçib” - Gürcüstan Prezidenti

23.05.2019, 11:31
“Saakaşvilinin vaxtı keçib” - Gürcüstan Prezidenti

“Mixeil Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.

O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.

S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.

Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: “Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”.

Şərhlər

t.ədalət 2019-05-23 11:31:21

Yalnız axmaqlar Saakaşvilini "vaxtı keçmiş kadr" saya bilər.Saakaşvili ideyaları ilə həmişə təzədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol