Menu

“Gürcü Arzusu”nun keçmiş üzvləri yeni partiya yaradır

23.05.2019, 13:47
“Gürcü Arzusu”nun keçmiş üzvləri yeni partiya yaradır

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa vermiş deputatlar yeni partiya yaradırlar.

“Report”un yerli bürosu xəbər verir ki, siyasi təşkilatın təsisçiləri Eka Beselia, Gedevan Popxadze və Zviad Kvaçantiradze olacaq.

Partiyanın təsis qurultayı bu il iyunun sonuna planlaşdırılıb.

Qeyd edək ki, bu ilin fevralında hakim partiyanın bir neçə deputatı Gürcüstan parlamentinin çoxluğundan istefa veriblər. Buna onların Ali Məhkəməyə hakimlərin seçilməsi qaydaları ilə bağlı fərqli mövqeləri səbəb olub. E.Beselia Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri və parlamentin Hüquq məsələləri üzrə komitəsinin sədri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol