Azərbaycan 1 ayda Ukraynadan 258 ton kərə yağı idxal edib

Bu ilin aprel ayında Azərbaycan Ukraynadan 258 ton kərə yağı idxal edib.

“Report” bu barədə Ukraynanın Dövlət Statistika Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, Ukraynanın ötən ay ixrac etdiyi kərə yağının 16,1%-dir. Qeyd edək ki, apreldə Ukrayna xaricə 1 600 ton kərə yağı satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% azdır. İxracın azalması ölkədə istehsalın azalması ilə bağlıdır.

Ötən ay Ukrayna Azərbaycandan başqa, Hollandiyaya 220 ton, Türkiyəyə 150 ton, Moldovaya isə 125 ton kərə yağı ixrac edib. Beləliklə, Azərbaycan idxalın həcminə görə ilk yerdə qərarlaşıb.

635x100

Şərhlər

Türk 2019-05-23 16:46:53

Kərə yağı yox,marqarin.

Son yazılar