Menu

Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib

24.05.2019, 14:02
Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib

“Türkiyə Fələstin dövlətinin sosial və iqtisadi inkişafına dəstək vermək məqsədilə 3,5 milyon dollar yardım edib”.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iki ölkə arasında 15 sentyabr 2017-ci ildə imzalanan qrant müqaviləsinə əsasən, Türkiyə Fələstinə 10 milyon dollar verməlidir.

Müqavilədə nəzərdə tutulan məbləğin 3,5 milyon dolları bu gün Fələstinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol