Menu

İtaliyanın baş naziri Azərbaycana gəlir

02.09.2014, 16:40
İtaliyanın baş naziri Azərbaycana gəlir

İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək. Bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.

Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq.

Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.  /AzərTAC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol