«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraq məhkəməsi «İslam dövləti» (İD) qruplaşmasının üzvü olan 3 Fransa vətəndaşına edam cəzası kəsib. Xəbərdə deyilir ki, sözügedən fransızlar Suriyada saxlanıb («DW»).
Fiqurantlar 32 yaşlı Keven Qono bir neçə qohumu ilə bərabər, Fransadan Suriyaya gəlib, 32 yaşlı Leonar Lope 2015-ci ilin yayında Fransadan çıxıb - arvadı və iki uşağı ilə bərabər «İD» tərəfində vuruşub. Üçüncüsü isə 41 yaşlı Salim Maşudur.
Daha 9 «İQİL»çi-fransız isə məhkəmənin qərarını gözləyir.
«Human Rights Watch» təşkilatının məlumatına görə, 2017-2018-ci illərdə İraqda çıxarılmış ölüm hökmlərinin sayı 65-dən 271-ə qalxıb.
Bu xəbərdən açıq-aydın görünür ki, İraqda, Suriyada və digər islam ölkələrində neçə illərdir döyüşənlər İQİL-MİQİL yox, əslində, fransız, alman, ingilis və digər qərblilərdir. Odur ki, ABŞ başda olmaqla, Qərbin islam ölkələrində həyata keçirdiyi qırğını «vətəndaş müharibəsi», «islamçıların terroru» və s. adlandırmaq üçün heç bir əsas yoxdur.


Şərhlər