Menu

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

27.05.2019, 22:25
İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu - üçüncü komanda müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Çempionşipin "play-off" mərhələsinin final oyunundan sonra bəlli olub.

Həlledici qarşılaşmada "Derbi Kaunti"ni 2:1 hesabı ilə məğlub edən "Aston Villa" əsas çempionata vəsiqə qazanıb.

Qeyd edək ki, "Aston Villa" son olaraq 2015-2016 mövsümündə Premyer Liqada çıxış edib. Daha öncə "Norviç Siti" və "Şeffild Yunayted" elitaya vəsiqəni təmin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol