Çin Xalq Respublikası (ÇXR) qəti şəkildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tayvanla rəsmi təmaslarının əleyhinə çıxır və Vaşinqtonu bu təmasları dayandırmağa çağırır. Bu barədə mayın 27-də brifinqdə jurnalistlərə ÇXR Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lu Kan Con Boltonun Tayvanın milli təhlükəsizlik Şurasının Baş katibi Li Daveyenin (həm də Devid Lİ kimi tanınır) görüşü barədə danışarkən bəyan edib.
«Çin-Amerika münasibtlərinin siyasi əsasını vahid Çin prinsipi təşkil edir. Biz, ABŞ-nın Tayvanla hər-hansı formada rəsmi təmaslarının əleyhinə çıxış edirik. ABŞ hökumətini iki tərəf arasında təmasları və fikir mübadiləsini dayandırmağa çağırırıq ki, bizim aramızda münasibətlərə və əməkdaşlığa xələl gətirə biləcək nəticələrdən qaça bilək» - Lu Kan qeyd edib.
Mayın 25-də Tayvanın xəbər agentliyi Bolton və Devid Li arasında aparılmış danışıqlar barədə xəbər verib. Belə ki, ABŞ prezidentinin köməkçisi mayın 13-21-i tarixində Tayvana səfər edib. Bu səfər ABŞ-la Tayvan adası arasında 1979-cu ildə diplomatik münasibətlərin dayandırılmasından sonrakı 40 ildə ilkdir.
ABŞ hərbi-dəniz qüvvələrinin (HDQ) gəmiləri müntəzəm olaraq Cənubi-Çin dənizi hövzəsindən nümayişkəranə «keçid» edir və hər dəfə də Pekin bildirir ki, Birləşmiş Ştatlar Çinin suverenliyini pozur və «belə təxribatlara» etiraz edir. Belə ki, kontinental Çin Tayvanı özünün əyaləti hesab edir.
AzPoitika.info


Şərhlər