Menu

Bakının Yasamal rayonunda qadın əri tərəfindən bıçaqlanıb

29.05.2019, 00:38
Bakının Yasamal rayonunda qadın əri tərəfindən bıçaqlanıb

Paytaxtda bıçaqlanma faktı qeydə alınıb.

ONA-nın xəbərinə görə, hadisə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş verib.

Bildirilir ki, 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Qadın hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Faktı 29-cu Polis Bölməsi araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol