Menu

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

29.05.2019, 03:50
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

 

Paytaxın Səbail rayonunda soyğunçuluq faktı qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da Ə.Baxçalıyevanın evinə girib ona zor tətbiq edərək, içərisində 200 manat pul və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol