Menu

Avrasiya İttifaqının iclasında bütün liderlər "Nursultan" ordenilə təltif olunub - Paşinyandan başqa

29.05.2019, 13:13
Avrasiya İttifaqının iclasında bütün liderlər "Nursultan" ordenilə təltif olunub - Paşinyandan başqa

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin şərəfinə təsis edilən “Nazarbayev” ordeni Ermənistanın baş naziri Nikol Paşinyana verilməyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının iclası keçirilir.

Bildirilib ki, toplantıda Belarus, Qazaxıstan, Qırğız Respblikası, Rusiya və Ermənistanın liderləri iştirak edirlər.

İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin və Qırğız Respublikasının prezidenti Sooranbay Jookayevi “Nursultan” ordeni ilə təltif edib. Nikol Paşinyan isə bu ordenə layiq görülməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol