Menu

Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb

29.05.2019, 16:46
Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

Aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol