Menu

Argentinada bütün aviareyslər ləğv olunub

29.05.2019, 21:45
Argentinada bütün aviareyslər ləğv olunub

Argentinada ümumi tətillər səbəbindən aeroportlarda bütün reyslər, o cümlədən beynəlxalq aviakompaniyaların reysləri ləğv olunub.

Argentinda fəaliyyət göstərən aeroportların operatoru “Aeropuertos Argentina 2000” kompaniyası vətəndaşlara suallarla bağlı aviaşirkətlərə müraciət etməyi məsləhət görüb.

Ölkənin ən iri aviadaşıyıcısı “Aerolineas Argentinas” 330 reysi ləğv etdiyini və bunun 37 min insana təsir göstərəcəyini bildirib.

AzərTAc xatırladır ki, mayın 29-da Argentinada hakimiyyətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər başlayıb. Ölkədə keçiriləcək mitinqlərlə əlaqədar metro nəqliyyatı, bir sıra avtobus və qatar xətləri də fəaliyyət göstərməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol