Menu

İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş olub

03.09.2014, 12:45
İlham Əliyevlə Ərdoğan arasında təkbətək görüş olub

İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü keçirilib.

Görüşdə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfərin ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib və münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.  /“AzərTAc”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol