“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisdə müzakirələrə səbəb olub.
ONA-nın məlumatına görə, millət vəkili Fərəc Quliyev MDB ilə bağlı belə layihələrdən uzaq durulmasını, Moldova və Ukraynanın belə sazişlərə qoşulmadığını qeyd edib.
Eyni zamanda sazişdə kadr hazırlığının rus dilində aparılması barədə müddəanı məqbul saymadığını söyləyib: “Rusiya və Ermənistan ortaq ordu yaradıb. Bizim polislər, daxili qoşunlar üçün kadrlar niyə bu qaydada hazırlanmalıdır?”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bunun beynəlxalq saziş olduğunu qeyd edib: “Biz nə zaman istəsək, bu sazişin yaratdığı imkanlardan istifadə edə bilərik. Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır”.
Spiker Oqtay Əsədov isə beynəlxalq sazişdə bir dillə bağlı məsələnin əksini tapmasının normal olduğunu qeyd edib.
Qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.


Şərhlər
Rusiya əvvəlcə ermənilərin adı altında Dağlıq Qarabağı işğal etdi.İndi də ölkəmizi yavaş-yavaş işğal edir.Yəni polis kadrları hazırlamaq çox çətindir ki, ondan ötrü Rusiyanın dilinin və murdar siyasətinin qulu olmalıyıq?Rusiyanın bu və ya digər yollarla addım-addım Azərbaycana soxulması,artıq əhalini qıcıqlandırır.Belə getsə azadlığımızı boğmaq üçün Rusiya təzədən 20 Yanvar soyqırımı törədəcək."İdrakı sönük başçılar" xalqın taleyinə əl uzadırlar...
Təəcüblü nə var kiin,MM-in sədri Oqtay Əsədovun Rusiyada(bu barədə saytlar geniş yazmışdı) biznesi var.