Menu

AFB Bankın sahibi yeni şirkət təsis edib

30.05.2019, 16:04
AFB Bankın sahibi yeni şirkət təsis edib

Vergilər Nazirliyi “NH İnvestment” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, məhəllə 466, ev 206, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Hikmər Abuzər oğlu İsmayılovdur.

Qeyd edək ki, sözügedən ünvanda “Gilan Holdinq” MMC-nin baş ofisinin də yerləşdiyi “Capital Towers” iş mərkəzi yerləşir. H.İsmayılova gəlincə isə, o, “AFB Bank” ASC-nin 99,64%, “Bank of Baku” ASC-nin 31,11%, “Azsığorta” ASC-nin isə 100% səhmdarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol