Bakı Dövlət Universitetində (BDU) struktur islahatları aparılıb və kadr təyinatları olub.
“Report”un məlumatına görə, rektor Elçin Babayevin müvafiq əmri ilə BDU-nun Tədris Departamentinin müdiri Məlahət Qurbanova vəzifəsindən azad edilib.
M.Qurbanova hazırda Üzvi kimya kafedrasının professor-müəllimi vəzifəsində çalışır.
E.Babayevin imzaladığı digər əmrlə BDU-da rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb.
Eyni zamanda, BDU-nun Tədris Departamenti və Beynəlxalq Əlaqələr və Koordinasiya Departamenti ləğv olunub. Beynəlxalq Əlaqələr və Koordinasiya Departamentinin tabeliyində olan Xarici tələbələrlə iş üzrə dekanlıq isə rektorun Strateji İnkişaf və Əlaqələr üzrə müşavirliyinin tabeliyinə verilib.
Bundan əlavə, rektorun daha bir əmri ilə Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsindən azad edilib. O, BDU-nun Tarixi Muzeyinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nazim Məcidov bu ilin yanvar ayında BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.
BDU-da aparılmış struktur dəyişiklikləri və yeni kadr təyinatlarında Əli Nağıyevin rektorun müşaviri vəzifəsinə təyin olunması diqqəti çəkib. Bir sıra KİV-lər onun sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev olduğu haqda məlumat yaysalar da, bu xəbər öz təsdiqini tapmayıb.
"AzPolitika"


Şərhlər
Heç vaxt vəzifə Əli Nağıyevi yüksəltməyib, əksinə Əli Nağıyev vəzifəni yüksəldib. Sovet dövründən ildə bir neçə dələduz və rüşvətxorun həbs edildiyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziriyi , Əli Nağıyevin nazir işlədiyi dövrdə Azərbaycanda ən aparıcı və avtoritetli nazirliyə çevrildi. Əli Nağıyevin YAP sədrinin müavini işlədiyi dövrdə cəmiyyətdə partiyanın reytinqi ən yüksək həddə idi. Bu partiyanın zəmanəti olmadan vəzifəyə təyinat olmurdu. Əli Nağıyevin Belarusiyada səfir işlədiyi dövrdə Azərbaycan-Belarusiya əlaqələri xeyli yaxşılaşdı, Azərbaycanın və Belarusun Müdafiə sənayesi müəssisələri arasında möhkəm əlaqələr yaradıldı. İlk baxışda Əli Nağıyev üçün rektor müşaviri kiçik vəzifə hesab edilir. Bu doğurdan da belədir. Ancaq yuxarıda qeyd etdiyim kimi Əli Nağıyev, özünün bacarığı, təşkilatılığı və prinsipiallığı ilə vəzifəni yüksəldir.. Bunu çox qıssa zaman kəsiyində hamı görəcək.
İndi adamlara vəzifə ver,sonra .... Xüsusilə də Əliyə(əlilə).