Menu

Türkiyə «F-35»-ləri «S-400»-lərin fəaliyyət zonasından kənarda yerləşdirəcək 

30.05.2019, 19:35
Türkiyə «F-35»-ləri «S-400»-lərin fəaliyyət zonasından kənarda yerləşdirəcək 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ankara «F-35» beşinci nəsil Amerika qırıcılarını "S-400" Zenit-raket Kompleksinin (ZRK) fəaliyyət zonasından kənarda yerləşdirmək fikrindədir. Bu barədə Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Sərdar Kılıç bəyan edib.

Səfir diqqəti buna yönəldib ki, İsrailə məxsus "F-35" qırıcıları Suriya üzərində uçurlar. Orada həm də Rusiyanın "S-400" ZRK-ləri fəaliyyət göstərir, ancaq bu, ABŞ-da narazılıq yaratmır.

«Amma söhbət öz ərazisində zərbə sistemləri yox, hava-hücumundan müdafiə (HHM) sistemləri yerləşdirməyə çalışan Türkiyədən gedərkən, «problemlər» baş qaldırır» - deyə, Kılıç qeyd edib.

Onun sözlərinə görə, "S-400" ZRK və "F-35" qıpıcıları ölkənin iki konkret rayonunda yerləşəcək. Bu zaman ZRK-də yalnız türkiyəli hərbçilər işləyəcəklər.

Bundan əvvəl xəbər vermişdik ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Söhbətin gedişində bir daha "S-400" ZRK-nin alınması ilə bağlı birgə Türkiyə-ABŞ işçi qrupunun yaradılması təklifi səslənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol