Menu

Ramzan Kadırovun oğlu türk serialına çəkildi

30.05.2019, 21:50
Ramzan Kadırovun oğlu türk serialına çəkildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu türk serialına çəkilib.

11 yaşlı Adam "Diriliş Ərtoğrul" serialının çəkilişlərində iştirak edib.

Adamın dayısı, Şalin rayonunun administrasiya rəhbəri Turpal-Əli İbrahimov deyib ki, bu serial Çeçenistanda yüksək populyarlığı ilə seçilir.

Serial müsəlman türklərinin tarixindən bəhs edir. Ekran işində hadisələr 13-cü əsrdə cərəyan edir. Osmanlı imperiyasının banisi I Osmanın atası Ərtoğrul bəyin həyatı serialda geniş şəkildə işıqlandırılıb.

Turpal-Əli İbrahimov sosial şəbədəki səhifəsində R. Kadırovun oğlunun oynadığı epizodun videosunu da paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol