Menu

Türkiyədə 119 hərbçi ömürlük həbs cəzasına məhkum edilib

31.05.2019, 00:22
Türkiyədə 119 hərbçi ömürlük həbs cəzasına məhkum edilib

Ankara məhkəməsi mayın 30-da 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edən 119 türk hərbçisinə ömürlük həbs cəzası verib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Saxlanılanlar arasında paytaxtın təhlükəsizlik idarəsi, parlament binası və kəşfiyyat xidməti binasına bomba atan hərbi pilotlar da var.

Xatırladaq ki, 15 iyul 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri dövlət çevrilişinə və R.T.Ərdoğanın tutulmasına cəhd ediblər. Əsas qarşıdurma İstanbulda və Ankarada olub, 250 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol