Menu

Azərbaycanın Baş naziri Türkmənbaşı ilə Avropaya qaz tədarükünü müzakirə edib

31.05.2019, 03:10
Azərbaycanın Baş naziri Türkmənbaşı ilə Avropaya qaz tədarükünü müzakirə edib

 

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələri Hökumət Başçıları Şurasının iclasına qatılmaq üçün Aşqabada gedən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovu qəbul edib.

Virtualaz.org bildirir ki, məlumatı Türkmənistan Dövlət Xəbər Agentliyi yayıb.

Türkmənistan mətbuatının xəbərinə görə, danışıqların mövzularından biri "Avrasiya qitəsi ölkələrinə" qaz tədarükü məsələsi olub.

“Qurbanqulu Berdiməhəmmədov və Novruz Məmmədov ikitərəfli münasibətlərin müxtəlif sahələrini müzakirə edərək vurğulayıblar ki, ticarət, iqtisadi, energetika və digər sahələrdə səmərəli tərəfdaşlıq üçün böyük imkanlar və perspektivlər var. Bu baxımdan, Türkmənistan və Azərbaycanın Avrasiya qitəsi ölkələrinə uzunmüddətli enerji tədarükünü təşkil etmək üçün optimal şərait yaradan neft və qaz ehtiyatlarına malik olduqlarına diqqət çəkilib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, görüşdə qeyd olunub ki, müasir nəqliyyat və logistika infrastrukturu, o cümlədən Xəzər dənizindəki limanlar vasitəsilə Türkmənistan və Azərbaycan malların ən qısa marşrutlar üzrə səmərəli və qənaətli nəqlini təmin edə bilərlər.

Qeyd edək ki, Xəzərdəki ən mühüm layihə Transxəzər boru kəməridır. Türkmən qazı həmin boru ilə Azərbaycana gətirilməli, buradan isə Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılmalıdır. Layihələndirilmiş boru kəmərinin gücü ildə 30 milyard kubmetr təbii qaz təşkil edir. Bu boru kəməri ilə Avropaya ildə 10-30 milyard kubmetr Türkmənistan qazı çatdırılacaq. Boru kəmərinin təxmin edilən xərci 5 milyard dollar, nəzərdə tutulan uzunluğu 300 km-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol