Menu

Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın verdi - Foto

31.05.2019, 10:56
Mehriban Əliyeva Ramiz Əzizbəyliyə maşın verdi - Foto

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən xalq artistinə avtomobil hədiyyə olunub. Kult.az xəbər verir ki, avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Şərhlər

kamran 2019-05-31 10:56:04

Ramizin 1 əli quruyub, maşın da ki mexaniki sürətlər qutusu ilədir.Kim onu sürəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol