Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.
Qaxın Lələpaşa kənd orta məktəbindən Unikal.org-a verilən məlumata görə, Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb.
Aqilin böyük oğlu Uğur 4-cü, Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.
Məktəbin direktoru Elxan Bayramov bildirib ki, uşaqları “atanız evə gəlir” deyib məktəbdən evlərinə yola salmışıq. Onlarda sevinə-sevinə evlərinə gediblər. Heç biri atalarının şəhid olmasından xəbəri yoxdur".
Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:


Şərhlər
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
ALLAH RƏHMƏT ELƏSİN.dƏFNDƏ UŞAQLARI YOX İDİ.5 YAŞİM OLANDA BABAMİN DƏFNİNDƏ İŞTİRAK ETMİŞƏM.HƏR ŞEY YADİMA GƏLİR.GƏLƏCƏKDƏ BU USAQLAR ÖZ ÖZLƏRİNƏ HEYFLƏNƏCƏKLƏR.NİYƏ MƏN ORDA OLMADİM.URUSDAN SİLAH ALİŞİNİN DAYANDİRMAQ LAZİMDİR.İSTİFADƏ ETMİRİKSƏ NİYƏ ALİRİQ.ALLAH ÖLDÜRSÜN putini.
Allah, rəhmət eləsin!
Aqil oğul bağışla məni ki səni erməni snayperi vurur balaların atasız qalır mən isə bir azərbaycanlı kimi heçnə edə bilmirəm.Bəs görəsən nəsə edə biləsilərin vicdanı buna necə dözür və nə qədər dözəcək Ürəkləri niyə partlamır? Bağışla bizi