Azərbaycan Ordusunun şəhid olan batalyon komandiri, mayor Aqil Ömərov torpağa tapşırılıb.
Şəhidin nəşi dəfn edilməsi üçün Qax rayonuna gətirilib, daha sonra Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb.
Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olmuş batalyon komandiri, mayor Aqil Ömərovun nəşi doğma Qax rayonuna gətirilib.
Erməni snayperinin alçaq gülləsinə tuş gəlmiş şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhid Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.
Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.



Şərhlər
ALLAH rəhmət eləsin,yeri cənnəti məkan olsun.
ALLAH rəhmət etsin.