Ukraynanın beşinci prezidenti Petro Poroşenko yeni yaratdığı Avropa həmrəyliyi partiyasının sədri seçilib.
Partiyanın bu gün keçirilən təsis qurultayında səsvermə nəticəsində quruma sədrlik Poroşenkoya həvalə edilib.
AzərTAc xatırladır ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa həmrəyliyi partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib.


Şərhlər