Menu

Güclü yağış Gəncədə fəsadlar törədib - FOTO

01.06.2019, 00:07
Güclü yağış Gəncədə fəsadlar törədib - FOTO

Bir neçə gün əvvəl Gəncəyə yağan və dolu ilə müşayiət olunan güclü yağış bir sıra fəsadlara yol açıb.

Azərtac-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi təbii fəlakətin fəsadları ilə yerində tanış olub, onların aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərlə maraqlanıb.

Məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncəyə dolu ilə müşayiət olunan leysan xarakterli yağış yağıb. Normadan artıq yağan yağışın yaratdığı sel suları şəhərin küçə və prospektlərində, eləcə də səkilərdə hərəkəti çətinləşdirib. Buna səbəb sularla gələn daş, qum və tullantıların yollarda qalaqlanması olub. Bir sıra ərazilərdə yollar çöküb, ağacların iri budaqları qırılıb.

Şərhlər

Mehdi 2019-06-01 00:07:55

Genceye yaqis yaqsada,yaqmasada Genceni ele bir gune saliblarki duz 50 nefer aqi deyen qadin lazimdi Gencenin halina aqlasin.Gence ne gezir Gence niye bu gundedi adamin ureyi aqriyir. Gelen bascilar heresi bir cur delleklik ede ede seheri coz pis gune qoydular.Az qalir 10 il ola Genceni sokuk sokuk edibler Sokende bir iki aya daqidiblar 8 ildi guya temir edirler Inden sonra duz 15 il lazimdiki seheri birteher qaydaya salsinlar bu hesabnan.Oda ki duzemelli is gorseler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol