Menu

Rusiyada döyüş sursatları hazırlanan zavodda güclü partlayış - 79 yaralı

01.06.2019, 22:23
Rusiyada döyüş sursatları hazırlanan zavodda güclü partlayış - 79 yaralı

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində güclü partlayış olub. RİA Novosti xəbər verir ki, hadisə şəhərin qərb hissəsində, “Kristall” zavodunun trotil istehsalı sexində baş verib.

“Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 79-a çatıb.

Bu barədə gazeta.ru saytı məlumat yayıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 15 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağır, digərlərininki orta-ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol