Ağsu rayonunda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu şəhərinin Azərbaycan küçəsindəki 26 saylı evdə qeydə alınıb.
Həmin ünvanda qeydiyyatda olan 1959-cu il təvəllüdlü Qurbanov Zakir Kərbala oğlu yaşadığı evin həyətində özünə qəsd edib. Onun intihar etməsinin səbəbi hələ kiməlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şərhlər