Menu

Neymar zədələnərək, meydanı göz yaşları ilə tərk edib

06.06.2019, 09:48
Neymar zədələnərək, meydanı göz yaşları ilə tərk edib

Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən Fransa PSJ-sinin forvardı paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Neymarın 15 iyun - 7 iyulda keçiriləcək Amerika Kubokunda iştirakı sual altındadır.

Bu itkiyə rəğmən, Braziliya yığması Qətərə 2:0 hesabı ilə qalib gəlib. İngiltərə "Everton"unun yarımmüdafiəçisi Rişarlison 16-cı dəqiqədə hesabı açıb. "Mançester Siti"nin forvardı Qabriel Jezus isə bundan 8 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, 2018/2019 mövsümündə Neymar 28 oyuna 23 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol