Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələri 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanıb. Bu tələbələrin qalibiyyətlərinin səbəbi isə müəllimləri Azər Kərimovdur. Bu barədə məlumatı təhsil eksperti Etibar Əliyev paylaşıb.
O bildirib ki, tələbələrin qalib gəlməsində azərbaycanlı müəllimlərinin müstəsna rolu var: “1-ci yeri (qızıl medal) Yunus Əmrə Parmaksız, Alkın Kaz və Abdurrahman Hadi Ərtürk, gümüş medal isə Kutay Akın və Bayram Alp Şahin adlı tələbələr qazanıb. Ümumilikdə 3 qızıl, 2 gümüş medal. Qardaş Türkiyə xalqını təbrik edirəm və Türkiyədə şagirdlərin Olimpiada bilik yarışlarına hazırlanmasında müstəsna rolu olan həmvətənimiz Azər Kərimovun (mərhum şair Əli Kərimin oğlu) rolunu xüsusilə qeyd etmək istəyirəm.
Təhsil ekspertimiz Kamran Əsədov demişkən, görəsən bizim fiziklər niyə yoxdur?”
E.Əliyev bildirib ki, sözügedən Olimpiadada erməni uşaqları 2 fəxri diplom (28-ci yer) alıb. Bizim isə siyahıda ümumiyyətlə adımız olmayıb.


Şərhlər
Zato Əməkdar incəsənət xadimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov demişkən "Dünya, sivilizasiya bizdən başlayıb. Bunu faktlarla sübut edərəm. Cəmi-cümlətanı 4-5 qədim millət var ki, biri də bizik. Bu faktları deyən, danışan mənəm, amma mən qalmışam bir kənarda, filan professoru, müəllimi çıxarıb danışdırırlar". Qaldı ki fizikaya boş şeydi, əsas odurki sivilizasiya bizdən başlayır.
Nə ədər ki,təhsilə MÜƏLLİM rəhbərlik etmir və nə qədər bu sahəyə cirkin əllərin müdaxiləsi var ALLAH betərindən saxlasın.
Fizika üzrə Avropa Olimpiadasında Türkiyə tələbələrinin 35 ölkə arasında 3 qızıl, 2 gümüş medal qazanması qürurvercidir. Hörmətli həmyerlimiz Azər Kərimov (mərhum şair Əli Kərimin oğlu) Bilkent Universitetində çalışır və ixtisasca flzlk deyil.
Bizim fiziklərimiz niyə yoxdu?A balam,fiziklərimiz yoxdu,zato yaxşşşı manıs və manisələrimiz var.Yaxşı enkevede əlbisəli qazanpapaq aşıqlarımız var,sazlarının qolu uzaqvuran artilleriya topunun lüləsi boyda mən ölüm.Yaxşı deputatlarımız var,hərdən çıxıb əcaib şeylər danışırlar.28 dəfə həccə gedənlərimiz var,hər dəfə 7 dövrə vurublarsa demək toplam 196 dövrə vurublar Kəbə ətrafında.Bir də gedəndə Azərbaycandan getdikləri bəlli olsun deyə tərsinə dövrə vuracaqlarmış.Yaxşı dolma,kəlləpaça və kabab da var.