Menu

Planeti dəhşətli iqlim kataklizmləri gözləyir - ALİMLƏR

08.06.2019, 08:20
Planeti dəhşətli iqlim kataklizmləri gözləyir - ALİMLƏR

Melburndan olan avstraliyalı ekspertlər bu nəticəyə gəliblər ki, iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi və bunun ardınca sosial-iqtisadi böhran səbəbilə, tezliklə bəşəriyyətin sonu çatacaq.

Mütəxəssislər öz arqumentlərini hesabat formasında ifadə ediblər. Hesabatdan hissələri «The Independent» qəzeti dərc edib.

Alimlər proqnoz edirlər ki, 2030-cu ilə qlobal tullantılar manksimal həddə çatacaq, 2050-ci ilə planetdə orta temperatur industrial dövrə qədərkindən 3 dərəcə (Selsi) yuxarı qalxacaq, 2100-cü ildə isə bu göstərici 5 dərəcəyə yaxınlaşacaq.

Nəticədə, əbədi buzlaqlar yox olacaq, Amazoniyada miqyaslı quraqlıq başlayacaq. Asiya və Afrikada musson küləklərinin paylanmasında dəyişiklik baş verəcək, Şimali Amerika dağıdıcı iqlim dəyişikliyindən zərər çəkəcək. Bütün bunlar cənub en dairəsindən insanların kütləvi köçünə gətirib çıxardacaq - klimatik qaçqınların sayı isə milyard nəfərə çata bilər.

AzPolitika.info

Şərhlər

Bashirov Qarib 2019-06-08 08:20:39

İyunun əvvəlində havaların bir az isti keçməsini görub psevdoalimlər yenə başladılar sensasiyalı bəyanatlar verməyə.Daimi Buzlaqlar belə əriyəcək,yeri su basacaq,cənub yarımkurə əhalisi ustumuzə axışacaq və bu kimi sərsəmləmələr yayılmaga başladı.İyul da bir qədər sərin keçən kimi əks arqument tapıb başlayacaqlar hay- kuyə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol