Menu

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

08.06.2019, 09:43
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Şərhlər

Seyid 2019-06-08 09:43:02

Lazım gəlsə düşmən cavab atəşi ilə susdurulacaq. Hələ ki, lazım gəlib çıxmaq bilmir 25 il də belə getdi lazımın güdazına...

EJDER 2019-06-08 09:43:02

MAlades....19 defe yaxwidi ...birde MALADES...O VAXT LACINDA MINAMYETLARA SAMAVAR DEYIRDIK.LAZIMI CAQIRIN SAMAVARLARI QAYNATSIN...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol