Menu

Xaçaturovun Ermənistanı tərk etməsinə qadağa qoyulub

09.06.2019, 14:52
Xaçaturovun Ermənistanı tərk etməsinə qadağa qoyulub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun ölkədən çıxışına qadağa qoyulub.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bu barədə vəkil Miqran Poqosyan məlumat verib.

O bildirib ki, Ermənistan sərhədçiləri Xaçaturovun Gürcüstana getməsinə icazə verməyiblər.

Qeyd edək ki, Y.Xaçaturova qarşı ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. O, 2008-ci il 1 mart aksiyasının dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol