Menu

NATO Uelsdə Rusiyaya meydan oxudu

04.09.2014, 17:03
NATO Uelsdə Rusiyaya meydan oxudu

NATO-nun baş katibi Anders Foq Rasmussen qurumun Uels sammitindəki çıxışında Rusiya ilə əməkdaşlığın dayanadırıldığını bildirib.

Bu barədə Aktual.az-a Uelsin paytaxtı Kardrifdə baş tutan sammitdə iştirak edən NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Anders Foq Rasmussen çıxışında bildirib ki, Baltikyanı ölkələrdə yeni çevik ve hərbi qarşıdurmalara tez müdaxilə edə bilən bazalar yerləşdiriləcək: "Rasmussen onu da dedi ki, NATO-ya yaxın olmaq üçün Gürcüstan üçün xüsusi proqram hazırlanacaq".

Fərrux Məmmədov bildirib ki, Rasmussen həmçinin, hərbi alyansın separatçılarla mübarizədə Ukraynaya dəstək verəcəyini də deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol