Menu

"2020-ci il Avropa çempionatına qatılacağıq..." - Şenol Günəş

12.06.2019, 14:21
"2020-ci il Avropa çempionatına qatılacağıq..." - Şenol Günəş

"Oyuna tam baxanda qələbə üçün bütün futbolçuların əlindən gələni etdiyini görürük. İlk 30 dəqiqəni çıxmaqla yaxşı oynadıq".Bu sözləri İslandiyaya 2:1 hesabı ilə uduzan Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş deyib.

O, Türkiyənin 2020-ci il Avropa çempionatında oynayacağına inandığını bildirib: "Uduzduq, üzgünəm. Amma 2020-ci ildə Avropa çempionatında iştirak edəcəyimizi yenə deyə bilərəm. Buna layiq komanda olduğumuzu düşünürəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol