Menu

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib (Yeniləndi)

14.06.2019, 13:40
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib (Yeniləndi)

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Bu barədə APA-ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.

Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".  

***

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

“Report” xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb.

Allah rəhmət eləsin!

Şərhlər

Elli 2019-06-14 13:40:24

Allah rəhmət eləsin!

miri 2019-06-14 13:40:24

Allah rəhmət eləsin İnşallah.

Vətəndaş 2019-06-14 13:40:24

Allah rəhmət eləsin! Çox yaxşı olardı ki, Elçibəyin yanında dəfn olunsun.

Ramazan SİRACOĞLU 2019-06-14 13:40:24

Həlimə bacı əsli- nəcabəti olan, ismətli, həyalı, vəfalı, cəfakeş, iliklərinə qədər müsəlman xanım idi. Son dərəcə təvazökar, utancaq və sadə bacımızdı. Məkanı cənnət olsun. ALLAH rəhmət eləsin.

Mirzə AĞ 2019-06-14 13:40:24

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol