Menu

Birinci vitse-prezidentin adından Elçibəyin ailəsinə başsağlığı verilib

15.06.2019, 11:07
Birinci vitse-prezidentin adından Elçibəyin ailəsinə başsağlığı verilib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

"Report"un xəbərinə görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.

Şərhlər

yalçın 2019-06-15 11:07:00

allah qəni-qəni rəhmət etsin!

Roma 2019-06-15 11:07:00

Ulu tanrıdan mərhuməyə rəhmət diləyir, Mehriban xanımın bu məsələyə belə həssas yanaşmasını təqdir edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol