ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerlşən evə “Katyuşa” raketi düşüb.
“Report” “Haber7”yə istinadla xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.
Bildirilib ki, raket Bağdadın mərkəzində yerləşən əl-Cadiriye rayonunda bir evə düşüb. Polisdən verilən məlumata görə, raketin düşdüyü ev Bağdadın Yaşıl Bölgə hissəsində ABŞ səfirliyinin binasının qarşısında yerləşir.


Şərhlər