Menu

Bağdad yaxınlığında ABŞ hərbçilərinin olduğu baza atəşə tutulub

15.06.2019, 19:52
Bağdad yaxınlığında ABŞ hərbçilərinin olduğu baza atəşə tutulub

İraqda ABŞ hərbçilərinin olduğu "Bələd" aviabazası minaatanlardan atəşə tutulub. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, Bağdaddan şimalda yerləşən bazaya üç mərmi atılıb.

Nəticədə bir neçə kiçik yanğın ocağı yaranıb, amma yaralanan olmayıb.

Hücumu kimin etdiyi barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol