Menu

NATO Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz edəcək

05.09.2014, 12:57
NATO Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz edəcək

NATO-ya daxil olan bəzi ölkələr Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz etməyə razılıq verib.

APA – nın məlumatına görə, belə bir bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko NATO sammiti çərçivəsində keçirilən ikitərəfli görüşlərdən sonra çıxış edib.

O qeyd edib ki, alyansa daxil olan ölkələrin böyük əksəriyyəti Ukraynaya hərbi-texniki yardım göstərməyə razılıq verib.

P. Poroşenko onu da bildirib ki, Uelsdə keçirdiyi görüşlər zamanı ukraynalı hərbçilərin NATO ölkələrində müalicə alması məsələsi ilə bağlı razılıq əldə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol