Menu

Qubada ölümlə nəticələnən yol qəzası baş verib

16.06.2019, 09:18
Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub."Report"un Şimal bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü İkinci Nügədi kənd sakini Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobildə tək olan sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol