Menu

Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürüb

16.06.2019, 18:35
Azərbaycan vətəndaşı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürüb

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report" yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol