Menu

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi

16.06.2019, 19:01
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, komanda "Çelsi"dən ayrılan Mauritsio Sarriyə tapşırılıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Sarri bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol