Menu

Husilər həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum ediblər

17.06.2019, 08:52
Husilər həftə ərzində 4-cü dəfə Səudiyyə aeroportuna hücum ediblər

Səudiyyə Ərəbistanının Əbha şəhər beynəlxalq hava limanı həftə ərzində dördüncü dəfə Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri (husilər) tərəfindən hücuma məruz qalıb.

"Report" xəbər verir ki, husilərin nəzarəti altında olan "Əl-Masira" kanalının məlumatına görə, hücum yenə dronların köməkliyi ilə həyata keçirilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol