Menu

Minaya düşən erməni zabitin şəxsiyyəti bilindi

05.09.2014, 14:40
Minaya düşən erməni zabitin şəxsiyyəti bilindi

Yaralanmış erməninin 47 yaşlı Vardan Avaqyan olduğu bildirilib

Ermənistanın Tavuş rayonunda baş vermiş hadisədə yaralanmış hərbi qulluqçunun şəxsiyyəti məlum olub.

ANS PRESS-in məlumatına görə, Ermənistanın müdafiə naziri Artsrun Ovannisyan yaralanmış erməninin 47 yaşlı Vardan Avaqyan olduğunu bildirib.

Onun sözlərinə görə, yaralı Berd şəhərinin hospitalındadır, onun vəziyyəti sabit kimi qiymətləndirilir. Partlayış nəticəsində hərbçi ayağından xəsarət alıb. Ancaq hazırda hərbçinin ayağının amputasiya olunacağı məlum deyil.

Xatırladaq ki, Ermənistanın Tavuş rayonunda 4 sentyabr tarixində mina partlayıb və nəticədə bir hərbi qulluqçu yaralanıb.

Qeyd edək ki, son bir neçə gün ərzində bu artıq Tavuşda ikinci belə haldır. Bundan əvvəldə 28 avqust tarixində mina partlayışı nəticəsində 4 hərbi qulluqçu yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol