Menu

"Sərkisyanın psixi durumu korlanıb..." - Novruz Məmmədov

05.09.2014, 15:02
"Sərkisyanın psixi durumu korlanıb..." - Novruz Məmmədov

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Serj Sərkisyanın psixi durumunun bərbad vəziyyətdə olduğunu açıqlayıb.

Novruz Məmmədov bu barədə öz "Twitter" səhifəsində deyib ki, son bir ayda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sərkisyanla keçirilmiş iki görüşdə belə qəti qənaətə gəlib ki, onun psixi durumu bərbad vəziyyətdədir.

PA rəsmisinin sözlərinə görə, ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, Ermənistan prezidentinin işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur ("Trend").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol